Xəbər lenti‎ > ‎

Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün qaydalar müəyyən olunub

Отправлено 19 февр. 2015 г., 0:30 пользователем Murad Nabibekov   [ обновлено 19 февр. 2015 г., 0:30 ]
        Məlumdur ki, Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı təsis edilmişdir. AR Prezidentinin 27 iyun 2014-cü il tarixli Fərmanının 2-ci bəndinə əsasən Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə verilmişdir.
        AMEA Rəyasət Heyətinin bugünkü iclasında Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün qaydalar müəyyən olunub. Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər. Azərbaycan Milli Elmlər Akademiyasının təltif etdiyi ən yüksək mükafat olan Nizami Gəncəvi adına Qızıl medal və onun diplomu AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti tərəfindən təqdim olunur.
        Qeyd edək ki, bu medalla bir şəxs təkrar təltif edilə bilməz.
Mənbə: www.science.gov.az