Xəbər lenti‎ > ‎

Maraqlı xəbər: Arterial təzyiqin dərmanı - feyxoa

Отправлено 19 февр. 2014 г., 10:26 пользователем Murad Nabibekov   [ обновлено 19 февр. 2014 г., 10:27 ]

Bu dəfə oxuculara feyxoa meyvəsindən söhbət açacağıq.

        Feyxoa elmə XIX əsrdən məlumdur.
        Həmişəyaşıl ağaclar sinfinə məxsusdur. Feyxoanın ən məhsuldar dövrü noyabr ayının ortaları, yanvar ayının sonudur. Bu meyvənin vətəni Cənubi Amerika hesab olunur. Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Bu meyvəni ilk dəfə tədqiq edən təbiətşünas Joao da Silva Feyxo olub. Məhz onun şərəfinə bu bitkinin adı feyxo adlandırılıb.
        Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilib. Cənub rayonlarında yetişdirilməyə başlanılıb. Feyxoanın əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır.
        Bir kiloqram təzə feyxoada 2-10 milliqrama qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Meyvənin qabığı qalın, dadı büzüşdürücüdür. Feyxoanın konservləşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir. Tibbi əhəmiyyətində isə feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Qalxanvari vəzin xəstəliyi olan insanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.
        Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.
        Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir. Tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Son dövrlərdə də feyxoa yağı müasir kosmetologiyada dəri ilə bağlı problemlərin qarşısını alan ən önəmli vasitə hesab edilir.
        Əgər orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləniz pozulubsa, təzyiqinizdə problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbuluna tələsməyin. Yetər ki, menyunuza feyxoa əlavə edin.
Gün.Az