Xəbər lenti‎ > ‎

BMT: 2017-ci ilədək elektron tullantıların həcmi 33% artacaq

Отправлено 18 дек. 2013 г., 0:09 пользователем Murad Nabibekov   [ обновлено 27 дек. 2013 г., 23:47 ]
Birləşmiş Millətlər Təşkilatının ehtimalına görə, dünyada elektron tullantıların həcmi 2017-ci ilədək 33% artacaq. E-tullantılarla bağlı problemin həllinə dair layihənin hesabatında deyilir ki, hər il tullanılan e-məhsulların çəkisi 2017-ci ilədək 65,4 milyon tona çatacaq. Bu göstərici xüsusən də inkişaf etməkdə olan ölkələrin payına düşəcək. 


Qurumun müxtəlif xidmətlərinin, ictimai təşkilat və istehsalçı şirkətlərin məlumatına görə, bu il daha çox e-məhsullar Çin və ABŞ bazarına çıxarılıb. Ümumiyyətlə isə, inkişaf etməkdə olan ölkələr və iqtisadi keçid dövrünü yaşayan dövlətlər artıq inkişaf etmiş ölkələr qədər e-tullantı "istehsal edir". 

Elektron tullantılar dedikdə, qida batareyasına və ya elektrik naqilə malik istənilən əşyalar başa düşülür ki, bu məhsulların tərkibindəki maddələr insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. cybersecurity.ru saytının məlumatına görə, məruzə müəllifləri elektron zibillərin daşınmasına nəzarətin təkmilləşdirilməsinin vacibliyini bildiriblər. Onların sözlərinə görə, lazımi hesabatların olmaması bu cür tullantılarla səmərəli rəftar qaydalarının hazırlanmasını mürəkkəbləşdirir. 

Mənbə: www.iсt.az
URL: http://www.ict.az/az/index.php?option=com_content&task=view&id=3062&Itemid=122

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

Comments