Xəbər lenti‎ > ‎

Şəki Regional Elmi Mərkəzində "Milli Musiqi Günü" qeyd edilmişdir

Отправлено 17 сент. 2015 г., 12:16 пользователем Murad Nabibekov   [ обновлено 17 сент. 2015 г., 12:45 ]
        
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. 

        Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

        Dün
ən - sentyabrın 17-də də AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) dahi bəstəkarın doğum günü və Milli Musiqi Günü geniş qeyd edilmişdir.
        Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlanmışdır.
        ŞREM-in direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Milli Musiqi Günü haqqında qısa giriş nitqi etdikdən sonra mərkəzin əməkdaşlarının çıxışları olmuşdur. 
        Ruslan Səmədov "Milli musiqi gününün qeyd olunması tarixi", Elşən Abdurəhmanov “Azərbaycanın musiqi tarixi”, Sevinc Hüseynova “Şəkinin Milli musiqimizə töhfəsi” və Türalə Ağabalayeva isə “Müslüm Maqomayev” mövzusunda geniş çıxışlar etmişlər.  
        Çıxışlarda mərkəzin əməkdaşı Aynur Mustafayevanın hazırladığı video-çarx və slaydlardan istifadə edilmişdir.
        T
ədbir ŞREM-in əməkdaşı Reyhan Məcidovanın təşkilatçılığı ilə keçirilib.