Xəbər lenti‎ > ‎

“TUT İPƏKQURDUNUN MƏHSULDARLIĞINA MÜHİTİN TƏSİRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

Отправлено 18 июн. 2014 г., 6:15 пользователем Murad Nabibekov   [ обновлено 18 июн. 2014 г., 6:16 ]
Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilmişdir. 

Seminarda mövzu üzrə İpəkçilik Laboratoriyasının əməkdaşı, kiçik elmi işçi Nərgiz Xəlilova məruzə etmişdir.

Nərgiz Xəlilova tut ipəkqurdunun məhsuldarlığına mühitin təsirləri haqqında məlumat verərək bildirmişdir ki, əlverişsiz şəraitə uyğun yeni xətt və hibridlərin yaradılması istiqamətində laboratoriyada elmi-tədqiqat işləri davam etdirilir. O, qeyd etmişdir ki, havanın temperaturu 15 dərəcəyə düşdükdə ipəkqurdu qidalanmır. Eyni zamanda havanın temperaturu 30 dərəcədən yuxarı olanda da ipakqurdu qidalanmır və tələf olur. Bu səbəbdən ipəkqurdunun normal qidalanması üşün ən əlverişli şərait ətraf mühitdə hava temperaturunun 23-25 dərəcə olması hesab olunur.

 Digər tərəfdən, yağıntının və rütubətin çox olması da ipəkqurdunun xəstələnməsinə səbəb olur və onun yaşama qabiliyyətini aşağı salır.

Natiq məruzəsinin sonunda laboratoriyada aparılan tədqiqatlar haqqında və ipəkqurdunun məhsuldarlığının yüksək göstəricilərə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsini diqqətə çatdırmışdır.

AMEA Şəki Regional Elmi 
Mərkəzinin
 
İctimaiyyətlə 
əlaqələr şöbəsi