Xəbər lenti‎ > ‎

Gənc alim və mütəxəssislər şurasının yeni jurnalı təsis olunacaq

Отправлено 18 апр. 2014 г., 11:11 пользователем Murad Nabibekov   [ обновлено 18 апр. 2014 г., 11:13 ]
    Dünən - 16 aprel 2014-cü il tarixdə AMEA Radiasiya Problemləri İnstitutunda AMEA Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

    Tədbiri giriş sözü ilə açan şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
    AMEA GAMŞ-nin təsis edəcəyi elmi-praktiki jurnalın təqdimatı ilə çıxış edən şuranın İdarə Heyətinin üzvü Rəhilə Həsənova jurnalın “Gənc tədqiqatçı və elm” adlandırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Sonra jurnalın loqosu müəyyənləşdirildi.
    Tədbirdə həmçinin 26-31 may 2014-cü il tarixlərdə keçiriləcək Bakı Forumuna hazırlıqla bağlı görülən işlər, beynəlxalq əlaqələrin qurulması və s. məsələlər müzakirə olundu, sual və təkliflər səsləndirildi.

M
ənbə: www.science.gov.az