Xəbər lenti‎ > ‎

AMEA-nın bəzi institutlarına direktorlar seçilib

Отправлено 18 мар. 2014 г., 8:14 пользователем Murad Nabibekov   [ обновлено 18 мар. 2014 г., 8:15 ]
    Məlum olduğu kimi, AMEA Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, Ədəbiyyat, Dilçilik, Əlyazmalarinstitutları və Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində direktor seçkiləri keçirilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi iləHumanitar və İctimai Elmlər Bölməsinin seçkilərin nəticələrinin açıqlanmasına həsr olunmuş ümumi yığıncağı keçirilib.

    Bölmə üzvlərinin iştirakı ilə keçirilən iclasda gizli səsvermənin nəticələrinin hesablanması üçün akademik Teymur Bünyadov hesablayıcı komissiyanın sədri, AMEA-nın müxbir üzvləri - Rəna MəmmədovaAkif Musayev isə komissiyanın üzvləri təyin edilmişdir.

    Sonra akademik İ.Həbibbəyli tədbir iştirakçılarına səsvermənin nəticələri haqqında məlumat verib. Beləliklə, filologiya üzrə elmlər doktoru, professorGövhər Baxşəliyeva AMEA Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoruİlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq HacıyevDilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Teymur Kərimli Əlyazmalar İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru seçiliblər.

Mənbə: www.science.gov.az