Xəbər lenti‎ > ‎

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirildi

Отправлено 18 мар. 2014 г., 8:12 пользователем Murad Nabibekov   [ обновлено 18 мар. 2014 г., 8:12 ]
AMEA-nın Əsas binasında Direktorlar Şurasının növbəti iclası keçirildi.

    Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamının əhəmiyyətini vurğulayan A.Əlizadə bu Sərəncamın Azərbaycan elminə göstərilən diqqət və qayğının nəticəsi olduğunu diqqətə çatdırdı.
    AMEA prezidenti dövlət tərəfindən elmə ayrılan maliyə vəsaitlərinin səmərəli istifadəsinin önəmliyini önə çəkərək, hər il AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elmi layihələrə 6 milyon manat məvacib ayrıldığını bildirdi: “Bu, son 3 ildə 18 milyon manat təşkil etmişdir. Lakin vəsaitlərin səmərəli istifadəsi alimlərdən böyük məsuliyyət tələb edir. Bəzi elmi-tədqiqat avadanlıqları vardır ki, yarım milyon manat dəyərindədir, lakin lazımi səviyyədə istifadə edilməsinə ciddi nəzarət tələb olunur.”
    A.Əlizadə bildirdi ki, yaxın gələcəkdə akademiyanın Müasir Ümumi Analitik Bazasının yaradılması nəzərdə tutulur. Rəyasət Heyəti bu işin icrası ilə bağlı institut direktorları və bölmələrdən təkliflər gözləyir.
    AMEA-nın bir neçə institut və təşkilatında universitetlərin müvafiq fakültələrinin baza kafedralarının fəaliyyət göstərdiyini söyləyən akademik Akif Əlizadə bu kimi kafedraların akademiyanın bütün müəssisələrində təşkilinin vacibliyini vurğuladı. Bildirdi ki, baza kafedraları ölkəmizdə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün böyük imkandır.
    Daha sonra AMEA prezidentinin müşaviri, AMEA RH Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi Rəhim Hüseynov AMEA-nın 70 illik yubileyi çərçivəsində təşkil olunacaq “Bakı Elm Festivalı-2014” haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti, AR Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq Elm Festivalında elm, yeni texnologiya və innovasiyalar təbliğ olunacaq, müxtəlif mülahizə, sərgi, seminar və maraqlı təcrübələr nümayiş etdiriləcək.
    AMEA-nın müxbir üzvü Vaqif Abbasov son dövrlər akademiyada gənclərin elmə cəlb edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini söyləyərək, bu tədbirlər çərçivəsində AMEA-nın Riyaziyyat, Texnika və Təbiət Elmləri Litseyinin yaradılmasının nəzərdə tutulduğunu bildirdi. 2015-ci il Dünya Kimya Olimpiadasının Bakıda keçiriləcəyini söyləyən V.Abbasov Təhsil Nazirliyi və AMEA-nın təşkilatçılığı ilə birgə olimpiadaların təşkilinin önəmliyini vurğuladı.
“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Hafiz Abıyevnəşriyyat işlərinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışdı. “Elm” nəşriyyatının Azərbaycanda ən müasir səviyyədə fəaliyyət göstərən mətbəə olacağına əminliyini ifadə etdi.
    AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış etdi. Bildirdi ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur.
    Tədbirdə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademikƏhliman Əmiraslanov, AMEA-nın müxbir üzvləri Rafael Hüseynov, Akif Əzizov,Yaqub Mahmudov, professor Gövhər Baxşəliyeva və digərləri suallarla çıxış etdilər.
    İclasda, həmçinin Azərbaycan alimlərinin qurultayına hazırlıq və elm festivalı, ucqar rayonların məktəb və universitetlərində xüsusi kursların təşkili, institut və təşkilatların rəhbərlik sisteminin gücləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

Mənbə: www.science.gov.az