Xəbər lenti‎ > ‎

Yeni texnologiyalar yeniyetmələrin sağlamlığının keşiyində

Отправлено 18 февр. 2014 г., 10:56 пользователем Murad Nabibekov   [ обновлено 18 февр. 2014 г., 10:58 ]

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində “Yeni texnologiyalar yeniyetmələrin sağlamlığının keşiyində” adlı layihə həyata keçirilib. Məqsəd yeniyetmələrdə sağlamlıqları ilə bağlı yarana biləcək problemlərin profilaktikası, eləcə də onlara bu sahədə maarifləndirici məlumatların verilməsidir. Layihə çərçivəsində 15-17 yaş arası yeniyetmələrin sağlamlıq vəziyyəti yoxlanılıb, tibbi müayinədən keçirilib.

12-19 yaş arası yeniyetlər və gənclər adətən sağlam qrup hesab edilir. Buna baxmayaraq, məhz yeniyetməlik dövründə inkişaf edən bir çox ciddi xəstəliklərin təməli qoyulur. Məlumdur ki, qeyri-rasional qidalanma, fiziki aktivliyin az olması kimi amillər bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bütün bunlar böyüyən nəslin sağlamlığına yeni yanaşmanın vacib olduğunu əsaslandırır.

Tibbi müayinələr sağlamlıq haqqında sualların daxil olduğu anketlərin paylanılması, müxtəlif xəstəliklərin inkişaf riski qrupuna daxil olan yeniyetmələrin ümumi analizindən ibarətdir.

Gələcəkdə bu istiqamətdə maarifləndirici treninqlərin keçirilməsi vacibdir.

Mənbə: www.science.gov.az