Xəbər lenti‎ > ‎

Məhəmmədəmin Darğazadənin (1854-1925) “Seçilmiş əsərləri” işıq üzü gördü

Отправлено 18 февр. 2014 г., 10:05 пользователем Murad Nabibekov   [ обновлено 4 мар. 2014 г., 3:13 ]
        
Bu gün - fevralın 18-d
ə AMEA Şəki Regional Elmi Mərkəzinin yeni kitabı çapdan çıxdı.

        Şəkidə doğulmuş, 9 yaşında Fransaya aparılaraq 6 il orada oxumuş, sonrakı həyatını İstanbulda yaşamış, Osmanlı sarayında Sultan II Əbdülhəmidin (1842-1918; h. i.: 1876-1908) yanında ikinci mabeynçi, Sultan Vəhidəddin (1861-1926; h. i.: 1918-1922) dönəmində isə “Xəzineyi-xasseyi-şahanə”nin (özəl padşahlıq xəzinəsinin) başçısı kimi yüksək görəvlər daşımış görkəmli dövlət adamı, alim və yazıçı Məhəmmədəmin Darğazadənin (1854-1925) “Seçilmiş əsərləri” onun Azərbaycanda nəşr edilən ilk kitabıdır. 
        AMEA Şəki Regional Elmi Mərkəzinin nəşr etdiyi bu kitaba M.Darğazadənin “İpək böcəkləri” və “Müsəvvər tərifi-üməm” əsərləri daxil edilib. 
        Tərtibçi professor Zəkəriyyə Əlizadə, elmi redaktoru, şərhlərin və sözlüyün müəllifi professor Ədalət Tahirzadə, ərəb qrafikasından transfonoliterasiya edən isə elmi əməkdaş Brilyant xanım Hacılıdır. 188 səhifəlik kitabda 13 nadir rəngli şəkil verilib.