Xəbər lenti‎ > ‎

Elm adamları şair Vaqif Aslanın 65 illik yubileyini qeyd etdilər

Отправлено 17 дек. 2015 г., 5:21 пользователем Murad Nabibekov   [ обновлено 17 дек. 2015 г., 5:24 ]
        
Bu gün - dekabrın 17-də AMEA Şəki Regional Elmi Mərkəzində Şəki ədəbi mühitinin görkəmli nümayəndəsi, Bəxtiyar Vahabzadə məktəbinin layiqli davamçısı, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, AMİ Şəki filialının baş müəllimi, tanınmış şair Vaqif Aslanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

        Yığıncağı giriş sözü ilə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq şair haqqında qısa məlimat verdikdən sonra tədbirin davam etdirilməsi üşün sözü Mərkəzin Tarixi irs və etnoqrafiya şöbəsinin əməkdaşı Reyhan Məcidovaya verdi.
        R.Məcidova Vaqif Aslanı təbrik etdikdən və onun yaradıcılığı haqqında məlumat verdikdən sonra, Mərkəzin əməkdaşları, qonaqlar və şairin dostları çıxışlar etdilər.

        Mərkəzin Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov Vaqif Aslanın keçdiyi həyat yolu haqqında qonaqlara geniş məlumat verdi. Sonra söz ŞREM-in “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimova verildi. O, şairi təbrik etdikdən sonra “Mədəniyyət qalası” qəzetinin şair üçün hazırladığı Fəxri fərmanı təqdim etdi. 
        
R.Məcidova Vaqif Aslanın “Səndə şair olmamaq da günahdır” adlı şeirini səsləndirdikdən sonra “Ekoloji coğrafiya”şöbəsinin elmi işçisi Dilbazi Cəmilov, şairin qələm dostları Bəhram Məmmədovun, Ağa Ramazanın, Elçin Abdullayevin, Ələsgər Davudoğlunun çıxışları xüsusi maraqla dinlənildi.
        Tədbirdə iştirak edən qonaqlardan "Respublika" qəzetinin bölgə müxbiri İlham Pənahlı, Avropa Nəşr və Mətbu evinin əməkdaşları Mətanət Riqqət, Sədaqət Mirzə də şairi təbrik etdilər.
        Tədbirin sonunda Vaqif Aslana ŞREM-in kollektivi adından hədiyyə təqdim edildi və şairin maraqlı çıxışı dinlənildi. 
        Görüş çay süfrəsi ətrafında davam etdirildikdən sonra, xatirə fotoları şəkildi.