Xəbər lenti‎ > ‎

Oktyabrın 18-də AMEA-nın prezidenti olmuş Mahmud Kərimovun doğum günüdür

Отправлено 17 окт. 2014 г., 10:38 пользователем Murad Nabibekov   [ обновлено 17 окт. 2014 г., 10:41 ]
    Mahmud Kərim oğlu 
Kərimov - fizika-riyaziyyat elmləri doktoru, akademik, 2001-ci ildən 2013-cü ilədək Azərbaycan Mill Elmlər Akademiyasının prezidenti olmuşdür. 

    Mahmud Kərimov 1948-ci il oktyabrın 18-də İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Mill Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
    Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.
    Akademik Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
    M.Kərimov radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub.
    O, radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparıb. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
    M.Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olub.
    Akademik M.Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb.
    Milli Elmlər Akademiyasının prezidenti kimi Azərbaycan elminin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrlə əlaqələrini xeyli genişlənməsinə xidmət edib. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini verib

    Akademik Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib. O paytaxtımızda 
I Fəxri Xiyabanda torpağa tapşırılıb.
    Allah r
əhmət eləsin.