Xəbər lenti‎ > ‎

Muğam tarixinə və musiqi nəzəriyyəsinə dair üç kitab işıq üzü görüb

Отправлено 17 мар. 2014 г., 0:30 пользователем Murad Nabibekov   [ обновлено 17 мар. 2014 г., 0:31 ]
    Heydər Əliyev Fondu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan muğam sənətinin tarixinə və musiqi nəzəriyyəsinə dair 7 əsərin 3 kitabda nəfis nəşrini həyata keçirmişdir.

    Bunlar XVII əsr alimi Əmirxan Kövkəbinin «Risalə dər müsiqi», Mir Möhsün Nəvvabın «Elmi-musiqi», müəllifi məlum olmayan «Behcətür-ruh», «Muğam üstündə oxunan şeirlər», «Risalə dər elmi-musiqi», «Risalə dər musiqi», «Risaleyi-musiqi» əsərləridir.
    Risalələri fars dilindən Əlyazmalar İnstitutunun əməkdaşları Rauf Şeyxzamanlı və Mustafa Mailoğlu tərcümə etmişlər.
    Əsərlərin redaktorları filologiya elmləri doktorları Möhsün Nağısoylu, Nəsib Göyüşov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevadır.
    Elmi məsləhətçilər filologiya elmləri doktoru Paşa Kərimov, professorlar Ramiz Zöhrabov, Canəli Əkbərovdur.