Xəbər lenti‎ > ‎

“Azərbaycan Respublikasının geoloji irsi” kitabı çapdan çıxıb

Отправлено 17 февр. 2014 г., 10:38 пользователем Murad Nabibekov   [ обновлено 17 февр. 2014 г., 10:38 ]

“Azərbaycan Respublikasının geoloji irsi” kitabı AMEAGeologiya İnstitutunun “Nafta-Press” nəşriyyatında çapdan çıxıb.

        Kitabın müəllifləri institutun “Geotektonika və regional geologiyası” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tələt Kəngərli və “Aleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə elmlər doktoru Şıxəli Babayevdir.
        İctimaiyyətin diqqətini Azərbaycan Respublikasının geoloji irsinin nadir stratiqrafik-paleontoloji, tektonik, petroloji-mineraloji və hidroloji-hidrogeoloji obyektlərinə cəlb etmək və onların əhəmiyyətini izah etmək məqsədilə nəşr olunmuş kitabın redaktoru AMEA prezidenti, akademik Akif Əlizadədir.
        Nəşrdə palçıq vulkanları, faydalı qazıntı yataqları, nadir geomorfoloji, stratiqrafik, tektonik, hidroloji və hidrogeoloji obyektlər barədə fotoşəkillər əsasında məlumat verilir. Bu məlumatlar həm Azərbaycan, həm də rus dillərində təqdim edilmişdir.
        Kitab geoloji ictimaiyyət, həmçinin cansız təbiətin qorunması üzrə mütəxəssislər, diyarşünaslar, turistlər, tələbələr, şagirdlər və əhalinin geniş təbəqələri üçün əhəmiyyətə malikdir.

Mənbə: www.science.gov.az