Xəbər lenti‎ > ‎

AMEA-nın 19 gənc alimi mükafatlandırılacaq

Отправлено 15 окт. 2014 г., 23:58 пользователем Murad Nabibekov   [ обновлено 15 окт. 2014 г., 23:58 ]
    AMEA prezidentinin 8 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyə dəstəyi ilə AMEA-nın gənc alimlərinin mükafatlandırılması məqsədilə müsabiqə elan edilib. Məqsəd “Əsrin müqaviləsi” böyük neft sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda fəal iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaqdır.
    Müsabiqədə 27 gənc alim neft-qaz və neft-kimya sahəsində əldə etdikləri elmi nəticələrlə iştirak edib. Təqdim olunmuş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA prezidentinin sərəncamı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin nəticələrinə görə 19 nəfər gənc alimin 3 kateqoriya üzrə mükafatlandırılması qərara alınıb.
    Müsabiqənin I kateqoriya üzrə 2 qalibinə 3000 manat, II kateqoriya üzrə 7 qalibinə 2000 manat, III kateqoriya üzrə 10 qalibinə 1000 manat pul mükafatının verilməsi nəzərdə tutulub.

Mənbə: www.science.gov.az