Xəbər lenti‎ > ‎

AMEA Folklor İnstitutunun nəzdində “Folklor studiyası” yaradılıb

Отправлено 15 окт. 2014 г., 23:56 пользователем Murad Nabibekov   [ обновлено 15 окт. 2014 г., 23:56 ]

    AMEA Rəyasət Heyətinin iclasında Folklor İnstitutununnəzdində “Folklor studiyası”nın yaradılması haqqında qərar qəbul edilib. 
    Studiyanın yaratılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

Mənbə: www.science.gov.az