Xəbər lenti‎ > ‎

AMEA İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi Mətbuat Şurası tərəfindən mükafatlandırılıb

Отправлено 15 июл. 2015 г., 23:37 пользователем Murad Nabibekov   [ обновлено 15 июл. 2015 г., 23:38 ]
        Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığına görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə mükafatlandırılıb.

        İyulun 15-də AMEA-nın Əsas binasında “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransda Mətbuat Şurasının diplomu idarənin rəisi Zülfüqar Fərzəliyevə təqdim edilib.
Mənbə: www.science.gov.az