Xəbər lenti‎ > ‎

ŞREM-in ictimaiyyətlə əlaqələrə məsul şəxsi mükafatlandırıldı

Отправлено 15 июл. 2015 г., 22:58 пользователем Murad Nabibekov   [ обновлено 15 июл. 2015 г., 22:59 ]
        Azərbaycan Mətbuat Şurası AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Murad Nəbibəyovu mətbuat səhəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 yaşı tamam olması münasibəti ilə Diplomla mükafatlandırıb.

        Murad Rüstəm oğlu Nəbibəyov 1997-ci ildən mətbuat sahəsində çalışır. O, 1997-ci ildən 2005-ci ilədək "Kriminal" qəzetində baş redaktorun müavini, "Zaman-Azərbaycan" və "Ədalət" qəzetlərində Sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Eyni zamanda müxtəlif qəzetlərlə ( "Mərkəz", "Qol", "Axşam", "Son söz" və s.) əməkdaşlıq etmişdir.
        2005-ci ilin mart ayından Şəki Bələdiyyəsində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru, 2008-ci ildən isə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində işləyir. O, eyni zamanda Şəkinin WEB ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
        2 aprel 2015-ci il tarxdən Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.