Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində Elmi-Nəzəri konfrans keçirilmişdir

Отправлено 16 мая 2014 г., 1:21 пользователем Murad Nabibekov   [ обновлено 16 мая 2014 г., 1:25 ]
    
Dünən - mayın 15-də AMEA Şəki Regional Elmi Mərkəzində, “Heydər Əliyev Yeni Azərbaycanın qurucusudur” mövzusunda Elmi-Nəzəri konfrans keçirilmişdir.


    Konfransı giriş sözü ilə açan Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zərəkiyyə Əlizadə, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin içtimai-siyasi, mədəni –iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyini söylədi.
    Mərkəzin aparıcı elmi işçisi, pedaqogika elmləri doktoru Firədun İbrahimov, ulu öndərin təhsil quruculuğu sahəsindəki fəaliyyətlərindən söhbət açdı. Ulu öndərimizin təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunaraq, ilk növbədə heç şübhəsiz uşaq və gənclərin əsl Azərbaycanlı, əsl vətəndaş kimi milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını qeyd etdiyini söylədi.
    Mərkəzin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov öz çıxışında ulu öndərin Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlər barəsində danışdı. O qeyd etdi ki, ümumiyyətlə 1993-2003-cü illər ərzində dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir.
    Heydər Əliyevin Azerbaycan ədəbiyyatının, mədəniyyət və incəsənətinin hamisi olduğunu söyləyən mərkəzin elmi işçisi Sevinc Hüseynova, öz nitqində ulu öndərin respublikaya rəhbərlik dövrdə Bakıda və digər bölgələrdə bir sıra Azərbaycan şairlərinin heykəllərini qoydurduğunu, Məhəmməd Füzulinin 500 illiyini, Dədə Qorqudun isə 1300 illiyini qeyd etdirdiyini nəzərə çatdırdı.
    Mərkəzin gənc alim və mütəxəssislərin şurasının sədri, Rahim Həsənov öz nitqində, ümummilli liderin Azərbaycan gəncliyinin inkişafı, milli tərbiyə alması, öz gələcəyini xoşbəxt qurması üçün məsləhət gördüyü işlər barədə danışdı.
    Mərkəzin elmi işçisi Yusif Rəhimov isə çıxışında Heydər Əliyevin, 1941-1945-ci illərdə baş verən Vətən müharibəsində döyüşmüş Azərbaycan oğullarının xatirələrinin keçmiş ittifaqın hər tərəfində əbədiləşdirilməsi üçün böyük işləri gördüyünü və hər zaman müharibə veteranlarının qayğısına qaldığını diqqətə çatdırdı.

AMEA Şəki Regional Elmi Mərkəzi
İctimaiyyətlə əlaqələr şöbəsi