Xəbər lenti‎ > ‎

“Folklor həm keçmiş, həm də bu gündür” kitabı çapdan çıxıb

Отправлено 16 янв. 2015 г., 5:58 пользователем Murad Nabibekov   [ обновлено 16 янв. 2015 г., 5:59 ]
        AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanovun “Folklor həm keçmiş, həm də bu gündür” kitabı çapdan çıxıb.

        Elm və təhsil nəşriyyatında çap olunmuş kitaba müəllifin son illərdə yazdığı folklor, xalqlararası folklor əlaqələri, folklorşünaslığın müxtəlif problemləri ilə bağlı məqalələri (“Nağıllar barədə bir neçə söz”, “Bamsı Beyrək boyunda gülüş kultu və obrazın ikiləşməsi”, “Eposda tarixilik”, “Ustad aşıq və tarixi ənənə”, “Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər”, “Qarabağ folkloru”, “Folkor həm keçmiş, həm də bu gündür” və s.) və bir müsahibəsi daxil edilib.

        Kitabın elmi redaktoru filologiya elmləri doktoru Səbinə İsayevadır.
Mənbə: www.science.gov.az