Xəbər lenti‎ > ‎

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb

Отправлено 15 окт. 2014 г., 5:44 пользователем Murad Nabibekov   [ обновлено 15 окт. 2014 г., 5:44 ]
    AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin bazasında “Elm qəzet”i, “Elm və həyat” jurnallarının redaksiyaları, www.science.gov.az veb-portalı və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət olan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

    Qərara əsasən, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən science.az portalı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilib.
Mənbə: www.science.gov.az
15.10.2014, 16:17