Xəbər lenti‎ > ‎

“Applied and Computational Mathematics” yenidən 0.697 impakt faktorla ölkəmizin elmini uğurla təmsil edir

Отправлено 15 авг. 2014 г., 2:57 пользователем Murad Nabibekov   [ обновлено 15 авг. 2014 г., 2:57 ]
    Mərkəzi ofisi ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Thomson Reuter” təşkilatı Elmi İnformasiya İnstitutunun 2013-cü il üçün hesabatı açıqlanıb.

    2008-ci ildən bu təşkilatın siyahısında yer alan yeganə Azərbaycan elmi jurnalı olan “Applied and Computational Mathematics” (“Tətbiq və hesablama riyaziyyatı”) yenidən 0.697 impakt faktorla ölkəmizin elmini uğurla təmsil edir. Bu göstərici ilə jurnal nəinki postsovet məkanında, hətta Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları üstələyir.
    Bütün dünya üzrə elmi jurnalların, alimlərin, universitetlərin, elmi müəssisələrin və s. qiymətləndirmə sistemini həyata keçirən “Thomson Reuter” təşkilatı Elmi İnformasiya İnstitutunun budəfəki hesabatında bir çox tanınmış jurnalların impakt faktorları ciddi şəkildə azalıb, bəziləri isə, ümumiyyətlə, təşkilatın siyahısından çıxarılıb.
    Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan “Applied and Computational Mathematics” jurnalı 2002-ci ildən nəşr edilir.
    Qeyd edək ki, jurnalın baş redaktorları akademiklər Əli Abbasov və Fikrət Əliyev (Azərbaycan), professor Vladimir Loren (Ukrayna), fəxri redaktoru isə professor Tamer Başardır (ABŞ).

Mənbə: "Respublika" qəzeti