Xəbər lenti‎ > ‎

“Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

Отправлено 15 янв. 2015 г., 10:38 пользователем Murad Nabibekov   [ обновлено 15 янв. 2015 г., 10:38 ]
        29 mart-1 aprel 2015-ci il tarixlərdə Quba şəhərində AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

        Tədbirdə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.
        Konfransda iştirak etmək istəyənlər məruzələrini 15 fevral 2015-ci il tarixinədək Təşkilat Komitəsinə göndərə bilərlər.
        Məruzələrin elektron variantı djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ruelektron ünvanlarına göndərilməlidir.
        Qeyd edək ki, konfransın materialları kitabça şəklində çap olunacaqdır.

        Tel: (+994 12)439 36 15, (+994 12) 439 36 19
Mənbə: www.science.gov.az