Xəbər lenti‎ > ‎

AMEA-nın 70 illik yubileyi cari ilin noyabr ayında keçiriləcək

Отправлено 15 янв. 2015 г., 10:21 пользователем Murad Nabibekov   [ обновлено 15 янв. 2015 г., 10:22 ]
        AMEA prezidenti, akademik Akif Əlizadə yanvarın 14-d
ə keçirilən mətbuat konfransında çıxışı zamanı akademiyanın 70 illik yubileyi ilə bağlı Tədbirlər Planının artıq təsdiq edildiyini və tədbirin keçirilməsi ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib. 

        Akif Əlizadəin  sözlərinə görə, AMEA-nın yubiley mərasiminin təşkili ilə əlaqədar ölkə rəhbərliyinin razılığı da əldə olunub: “Cari ilin aprel ayında AMEA-nın ümumi yığıncağı keçiriləcək və ölkə ictimaiyyəti tədbirlə bağlı görülən mühüm işlər barədə məlumatlandırılacaq. Yubiley tədbirinin noyabr ayında keçirilməsi planlaşdırırlır”.
        2014-cü ildə AMEA-nın həyatında baş verən mühüm hadisələrdən də söz açan A.Əlizadə ötən ilin fevral ayında Gəncə şəhərində akademiyanın yeni bölməsinin açılmasını xüsusi qeyd edib. Bildirib ki, yeni bölmənin fəaliyyəti Azərbaycan elmi, o cümlədən AMEA-nın inkişafında mühüm rol oynayacaq.
        A.Əlizadə, həmçinin son illər elmimizdə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və gənclərin elmə cəlb olunmasını əsas hədəf seçən “Bakı Elm Festivalı - 2014"ün keçirilməsini mühüm elm hadisəsi kimi qiymətləndirib. Festivalın ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını və rezonansa səbəb olduğunu vurğulayan alim gələcəkdə Azərbaycan üzrə Elm Festivalının da keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
        AMEA rəhbəri respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I qurultayını da xatırladaraq bu tədbirin AMEA tarixində mühüm əhəmiyyət kəsb etdiyini və xüsusi yer tutduğunu bildirib.
Mənbə: www.science.gov.az