Xəbər lenti‎ > ‎

Azərbaycan alimi “Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim” medalı ilə təltif olunub

Отправлено 14 мар. 2014 г., 11:58 пользователем Murad Nabibekov   [ обновлено 14 мар. 2014 г., 12:00 ]
    AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) Elektron sürətləndirici elmi-təcrübi şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Əsgər Əli Abiyev “Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim” qızıl medalı ilə təltif olunub.

    Martın 12-də AMEA RPİ-də keçirilmiş iclasda “Avropa Nəşr Mətbu Evi”-nin prezidenti və mükafat komissiyasının sədri Ş.Səlimbəyli tərəfindən Ə.Abiyevə medal təqdim olunub.

    Ə.Abıyev bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin yetişdirilməsində səmərəli fəaliyyətinə, yarımkeçiricilərdə radiasiya defektlərinin yaranma və yoxolma kinetikasının tədqiqi sahəsində apardığı dəyərli elmi tədqiqatlara və fizika və riyaziyyat elmlərinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə layiq görülüb.

Mənbə: www.science.gov.az