Xəbər lenti‎ > ‎

“Horizon 2020” proqramının təqdimatı keçiriləcək

Отправлено 14 янв. 2014 г., 0:42 пользователем Murad Nabibekov   [ обновлено 14 янв. 2014 г., 0:42 ]
Yanvarın 17-də saat 10:00-da AMEA Rəyasət Heyətində Avropa Birliyinin 7-ci Çərçivə Proqramının (FP7) davamı olan
“Horizon 2020”-nin təqdimat mərasimi keçiriləcək.

7 il müddətinə nəzərdə tutulan bu proqram AMEA alimlərinin qrant layihələrdə iştirakını təmin etmək məqsədi daşıyır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutacaq təqdimat mərasimində proqrama dair sənədlərin tərtib edilmə qaydaları, “Horizon 2020” haqqında ətraflı məlumat veriləcəkdir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi,30

Mənbə: www.science.gov.az