Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional elmi Mərkəzinin əməkdaşları beynəlxaq konfransda iştirak etmişlər

Отправлено 13 мая 2015 г., 3:24 пользователем Murad Nabibekov   [ обновлено 13 мая 2015 г., 3:25 ]
        Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin Tarix-Mədəni İrs Etnoqrafiya şöbəsinin əməkdaşları Rahim Həsənov, Elşən Abdurahmanov, Nərgiz Əsədullayeva, Günel Musayeva, Ramil Teymurov, 6-10 may tarixlərində Türkiyə Cumhuriyyətinin Corum şəhərində keçirilən “IV Uluslararası Türk dünyası Ekonomi Forumu”nun iştirakçısı olmuşlar.
 

        Konfransda mərkəzin əməkdaşları müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər. Tarix-Mədəni irs və şöbəsinin rəhbəri Rahim Həsənov “XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatın istiqamətləri” mövzusunda çıxış edərək, dövrün siyasi partiyaları, siyasi sistemlərdəki ziddiyiyyətli tərəflər, dövrün siyasi xadimlərinin fikir istiqamətləri barəsində ətraflı elmi məlumatlar vermişdir.
        
Şöbənin elmi işçisi Elşən Abdurahmanov “Azərbaycan-Türk mifologiyasında mövcud adət və inanclar” mövzusunda məruzə edərək, bu inanc sistemlərinin oxşar və fərqli xüsusiyyətləri, arxeoloji, etnoqrafik istiqamətləri, o cümlədən Şəki bölgəsindəki mövcud ritualların, inanclar sisteminin, Türk-Azərbaycan mifologiyasında özünəməxsus yeri barəsində çıxış etmişdir.
        Şöbənin kiçik elmi işçisi Nərgiz Əsədullayeva “Şəki və Ətraf kəndlərdəki qəbir abidələri üzərindəki simvol və ornamentlərin xüsusiyyətləri” mövzusunda çıxış edərək, ərazidəki qəbirüstü abidələrdə həkk olunmuş simvol, epiqrafik xüsusiyyətlər və başdaşlarının üzərindəki həndəsi, nəbati təsvirlər və onların elmi açılışları barəsində ətraflı məlimat vermişdir.
        
Günel Musayeva xalq şairi Bəxtiyar Vahabzadənin “Həyat-ölüm” poemasında şərəfli ölüm anlayışı barəsində çıxış edərək, şairin ölümsüzlüyə verdiyi dəyərin bədii boyalarla həkk olunduğunu, sənətkarın yaratdığı həyat-olüm təzadı, bir-birinə zidd bu iki kəlmənin mahiyyətini məruzədə obrazlı şəkildə konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
        Məruzələrin hamısı Türk dünyasının bütün bölgələrindən gəlmiş elm adamlarının marağına səbəb olmuşdur. Toplantıda Özbəkistandan, Qazaxıstandan, Qırğızıstandan olan bir sira elm adamları Şəki Regional Elmi Mərkəzi ilə əməkdaşlıq etmək təklifləri irəli sürmüşlər.
        Mayın 9-da konfrans iştirakçılarının Çorum şəhərindəki tarixi memarlıq abidələrinə, qədim Hett dövlətinin paytaxtı olmuş Hattuşi şəhərinə səfəri təşkil edirlmişdir. Konfransın sonunda iştirakçılara beynəlxalq sertifikatlar verilmişdir. Mayın 10-da konfrans öz işinə yekun vurmuşdur.

        Xəbərlərdən istifadə edərkən www.rem.sheki.org saytına istinad zəruridir