Xəbər lenti‎ > ‎

AMEA prezidenti, akademik Akif Əlizadəyə “İstiqlal” və “Vətən Övladı” ordenləri təqdim olunub

Отправлено 13 мар. 2014 г., 8:21 пользователем Murad Nabibekov   [ обновлено 13 мар. 2014 г., 8:22 ]
    Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif ƏlizadəAzərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

    Dünən - martın 12-də AMEA Rəyasət Heyətində AMEA rəhbərinə “İstiqlal” ordeni təqdim olunub. Mükafatı alimə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev təqdim edib.
    Akademik Akif Əlizadəyə həmçinin “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov tərəfindən “Vətən Övladı” ordeni təqdim olunub.
    Qeyd edək ki, “Vətən Övladı” mükafatı “Dədə Qorqud” Milli Fondu tərəfindən Türk dünyasının tanınmış simalarına, siyasətçilərə, akademiklərə, sənətkarlara və s. verilir.
Mənbə: www.science.gov.az