Xəbər lenti‎ > ‎

Küçə reklamları, afişa və elanlarda Azərbaycan dili normalarının pozulması hallarının aşkarlanması məqsədilə monitorinqlər aparılacaq

Отправлено 12 мар. 2014 г., 23:33 пользователем Murad Nabibekov   [ обновлено 12 мар. 2014 г., 23:39 ]
    AMEA Dilçilik İnstitutu ölkə ərazisində reklam, o cümlədən küçə reklamları, afişa və elanlarda, eləcə də dövlət və özəl idarə və təşkilatların kargüzarlıq sənədlərində Azərbaycan dilinin tətbiqi vəziyyətinin, normalarının pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparacaq. Əldə olunmuş nəticələr əsasında müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

    AMEA Rəyasət Heyətinin dünən - martın 12-də keçirilmiş iclasında sözügedən məsələ ilə bağlı müzakirələr aparılıb.

    Akademik İsa Həbibbəyli monitorinqlərin Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq aparılacağını qeyd edib. Akademik bildirib ki, monitorinqlər AMEA Dilçilik İnstitutu ilə Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyətləri arasında müqavilələr üzrə aparılacaq.
    Sonra məsələ ilə bağlı müxtəlif təklif və tövsiyələr irəli sürülüb.
    AMEA Rəyasət Heyəti Dilçilik İnstitutu ilə şəhər və rayonların icra hakimiyyətləri arasında bağalanacaq müqavilə formasını təsdiq edib.

Mənbə: www.science.gov.az