Xəbər lenti‎ > ‎

AMEA Hüseyn Cavidin Ev Muzeyi Ərtoğrol Cavidin 95 illik yubileyinə hazırlaşır

Отправлено 13 янв. 2014 г., 5:25 пользователем Murad Nabibekov   [ обновлено 13 янв. 2014 г., 5:26 ]
Bu il AMEA
Hüseyn Cavidin Ev Muzeyi Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 95 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə muzey bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.

Ərtoğrol Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında çapdan çıxan “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin 11-ci və 12-ci cildinin nəşr edilməsi planlaşdırılır. Çoxcildliyin 11-ci cildi “Azərbaycan el mahnıları və Ərtoğrol Cavidin çap olunmamış musiqi əsərləri”, 12-ci cildi isə “Balaman məktəbi” adlanır.

Yubiley çərçivəsində muzeydə “Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrol Cavid” mövzusunda elmi sessiyanın keçirilməsi, Ə.Cavidin həyat və yaradıcılıq yolunu əks etdirən sərginin nümayişi də nəzərdə tutulub.

Mənbə: www.science.gov.az