Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Отправлено 12 дек. 2014 г., 9:08 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 9:23 ]
        
Bu gün – dekabrın 12-də AMEA Şəki Regional Elmi Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi.

        Tə=dbirdən əvvəl mərkəzin kollektivi Heydər Əliyevin Şəki Şəhər İcra Hakimiyyətinin qarşısındakı abidəsinin önünə gül-çıçək dəstələri qoyub ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
        Gənclər təşkilatının üzvü Reyhan Miqdadqızı iclası açaraq, çıxış üçün sözü mərkəzin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlüyə verdi. 
        Y.Şükürlü həyatını fədakarcasına millətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, gənclərimizdə milli ruhun gücləndirilməsi işində ulu öndərin həyat və fəaliyyətinin daim örnək olduğunu diqqətə çatdırdı. 
        Tədbirdə pedaqoji elmlər doktoru, professor F. İbrahimov, ümumi işlər üzrə direktor müavini S.Məmmədov, elmi katib V.Abdurəhmənov, “Sellərin öyrənilməsi” laboratoriyasının rəhbəri Y.Rəhimov, elmi işçi D.Cəmilov, “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının laborantı G.Musayeva, “Biofizika” laboratoriyasının böyük laborantı T.Ağabalayeva çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən geniş məlumat verdilər. 
        
Çıxışlarda diqqətə çatdırıldı ki, Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf etmiş, insaların maddi-rifah halı xeyli yaxşılaşmış, ölkədə aparılmış quruculuq, abadlıq işləri respublikamızı SSRİ miqyasında yaxşılar cərgəsinə çıxartmışdır. Bildirildi ki, Heydər Əliyev SSRİ-nin ən yüksək siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra mənfur qonşularımız havadarlarının köməyi ilə Vətənimizə torpaq iddiasına başladılar. Daxildə isə hakimiyyət uğrunda mübarizələr, özbaşınalıq ölkə iqtisadiyyatını, sənayesini tənəzzülə uğratdı. Ulu öndərin isə xalqın təkidilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı təhlükələrdən, parçalanmadan xilas etdi. Bu gün ümummilli liderin uzaqgörən, düzgün iqtisadi siyasəti nəticəsində və onun layiqli davamçısı prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü fəaliyyəti nəticəsində dövlətimiz dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına qatılıb. 

        Toplantı Heydər Əliyevə həsr edilmiş filmin nümayişi ilə başa çatdı. Bununla Şəki Regional Elmi Mərkəzinin kollektivi ulu öndər Heydər Əliyevə olan dərin hörmət, ehtiram və məhəbbətlərini bir daha ifadə etmiş oldu.
Murad Nəbibəyov,
İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs