Xəbər lenti‎ > ‎

AMEA institutlarında direktor seçkiləri keçiriləcək

Отправлено 12 дек. 2013 г., 9:44 пользователем Murad Nabibekov   [ обновлено 27 дек. 2013 г., 23:41 ]
    Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları və onlara bərabər statuslu elmi müəssisələrində direktor seçkiləri keçiriləcək.

Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

İclasda çıxış edən AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyev AMEA-nın 14 elmi müəssisəsində direktorların səlahiyyət müddətinin bitdiyini bildirib. R.Əliquliyev qeyd edib ki, seçkilər AMEA-nın Nizamnaməsinə, elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnaməyə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi Qaydaları”na uyğun olaraq keçiriləcək.

Seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.


Mənbə: www.science.gov.az  

URL: http://www.science.gov.az/az/index.php?id=6484

Comments