Xəbər lenti‎ > ‎

Heydər Əliyev irsi öyrənilir

Отправлено 12 окт. 2015 г., 2:33 пользователем Murad Nabibekov   [ обновлено 12 окт. 2015 г., 2:34 ]
        Bu gün - oktyabrın 12-də AMEA Şəki Regional Elmi Mərkəzi YAP Ərazi Təşkilatının təşəbbüsü ilə Şəki Heydər Əliyev Mərkəzində seminar keçirilmişdir.

        Seminarda "Heydər Əliyev irsini öyrənirik" tədris kursu çərçivəsində Yusif Rəhimovun "Heydər Əliyev və müasir Azərbaycan elmi" mövzusunda, Reyhan Məcidovanın "Heydər Əliyev obrazı Azərbaycan poeziyasında" mövzusunda məruzələri dinlənilmişdir. Bununla elm adamları Heydər Əliyevin əziz xatirəsini, ulu öndərin vəsiyyətlərinə sədaqətlərini bir daha göstərmiş olublar.
        Tədbirin sonunda elmi mərkəzin kollektivi Heydər Əliyev Mərkəzinin həyətində xatirə şəkli çəkdirmişlər.