Xəbər lenti‎ > ‎

Azərbaycan Texnologiya Univesitetində yeni layihənin təqdimatı keçirilib

Отправлено 12 авг. 2015 г., 7:14 пользователем Murad Nabibekov   [ обновлено 12 авг. 2015 г., 7:15 ]
        
Azərbaycan Texnologiya Univesitetində (ATU) bu ali təhsil ocağının yeni layihəsi olan Müştəriyə Yönəlmə Proqramı pedaqoji kollektivə təqdim olunub. 

        ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə universitetin elm və texnika üzrə prorektoru Səbuhi Yusifov proqram haqqında professor-müəllim heyətinə ətraflı məlumat verib. O, deyib ki, ATU-nun rektoru professor Akif Süleymanovun təşəbbüsü ilə icrasına başlanan MYP-nin əsas hədəfi ali təhsil müəssisələrini müştəriyə yönümlü tərzdə fəaliyyətə sövq etmək, bununla da
bütün strateji sahələrin inişafına təkan verən proqressiv mənəvi və fiziki sağlam kadrlar yetişdirməkdir. Layihənin əsas komponentlərindən biri orta təhsil müəssisələri, həmçinin şirkət və ya sənaye müəssisələri ilə əməkdaşlıqdan ibarətdir. Proqramın məqsədə nə ölçüdə çatması isə onun dörd əsas məhsuluna – məzunlar, icadlar, tədqiqat işləri və xidmətlərə əsasən müəyyən olunur.
        Tədris işləri üzrə prorektor Vüqar İsmayılov isə deyib ki, MYP-nin həyata keçirilməsində əsas məqsəd elm, təhsil və sənaye sahələri arasında
əlaqənin təmin edilməsi, Azərbaycan Texnologiya Universitetinə daxil olan tələbələrin fərdi potensialının aşkarlanması, onların təhsil prosesində qazandıqları ixtisas bilikləri və peşə vərdişlərinin artırılması, məzunların isə universiteti bitirdikdən sonra həyati fəaliyyətə hazır, peşəkar kadrlar kimi ölkəmizin iri sənaye və istehsal tutumlu müəssisələrində yüksək maaşlı işlə təmin edilməsini təşkil etməkdən ibarətdir. Onun sölərinə görə MYP tələbələrin dünyanın ən qabaqcıl universitetlərində yüksək məbləğli, sifarişli təqaüd proqramları ilə təhsillərini davam etdirməyə imkan verən layihədir.
        Layihənin təqdimatından sonra onun üzərində fikir mübadiləsi aparılıb.