Xəbər lenti‎ > ‎

AMEA prezidentinin müşaviri, Rəyasət Heyətinin Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi Rəhim Hüseynov vəfat edib

Отправлено 12 мая 2014 г., 0:12 пользователем Murad Nabibekov   [ обновлено 12 мая 2014 г., 0:13 ]
    Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. AMEA prezidentinin müşaviri, Rəyasət Heyətinin Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi Rəhim Hüseynov 53 yaşında dünyasını dəyişmişdir.

    Rəhim Hüseyn oğlu Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olmuşdu. 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Mühəndis-iqtisad” fakültəsində təhsil alıb, 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində “İdarəetmə” fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirmişdi. AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışmışdı. İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olmuşdu. 
    AMEA prezidentinin müşaviri Rəhim Hüseynov 2013-cü ilin oktyabrında AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi təyin edilmişdi.

    Allah rəhmət eləsin.