Xəbər lenti‎ > ‎

AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək

Отправлено 12 февр. 2014 г., 5:31 пользователем Murad Nabibekov   [ обновлено 12 февр. 2014 г., 5:31 ]


AMEA
Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, direktor səlahiyyətinə P.Kərimovun öz xahişi əsasında xitam verilib.

Rəyasət Heyətinin digər bir qərarı ilə institutun direktoru və Elmi şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Mənbə: www.science.gov.az