Xəbər lenti‎ > ‎

Mərhum akademik Mahmud Kərimovun xatirəsi anıldı

Отправлено 12 февр. 2014 г., 0:04 пользователем Murad Nabibekov   [ обновлено 12 февр. 2014 г., 0:04 ]

AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun vəfatından bir il ötdü.


Fevralın 10-da AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın həqiqi və müxbir üzvləri, elmi-tədqiqat institutlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılar Fəxri Xiyabanda Mahmud Kərimovun məzarını ziyarət etdilər, görkəmli alimin qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoydular.

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi daim onu tanıyanların qəlbində yaşayacaqdır.

Mənbə: www.science.gov.az