Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində hazırlanmış “İPƏKÇİLİK – izahlı lüğət” kitabı işıq üzü görmüşdür

Отправлено 11 сент. 2014 г., 3:52 пользователем Murad Nabibekov   [ обновлено 11 сент. 2014 г., 3:52 ]
    Respublikamızda ilk təcrübə olan “İPƏKÇİLİK – izahlı lüğət” kitabı AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadənin təşəbbüsü və təşkilatçılığı ilə mərkəzin əməkdaşları – elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, İpəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov, fizika-riyaziyyat elmləri namizədi İzzət Salmanov, elmi işçilər Həbibulla Manaflı, Adışirin Xəlilov və Yevgeniya Bəkirova tərəfindən hazırlanıb çap edilmişdir. Kitabın redaktoru filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.
    Azərbaycanda öz sahəsi üzrə ilk dəfə olaraq hazırlanan bu izahlı lüğətdə tut ipək qurdunun biologiya, biokimya, fiziologiya, ekologiya və genetikası, eləcə də onun yetişdirilməsi, ipəkçiliyin dünyada və Azərbaycanda tarixi, qrenanın və baramanın alınma texnologiyası, ipəkqurduna qulluq, onların ziyanvericilərdən və xəstəliklərdən qorunması və digər məsələlərlə bağlı mindən artıq işlək termin öz izahını tapıb.
    Kitab elmi işçilər və tələbələr, eləcə də ipəkçiliklə maraqlanan bütün insanlar üçün nəzərdə tutulub.

AMEA Şəki Regional Elmi 
Mərkəzinin İctimaiyyətlə 
əlaqələr şöbəsi