Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib

Отправлено 11 сент. 2014 г., 2:42 пользователем Murad Nabibekov   [ обновлено 11 сент. 2014 г., 2:43 ]
    Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkazinin ümumi işlər üzrə direktor müavini, gənc alimlər və mütəxəssislər şurasının sədri Rahim Həsənov avqustun 30-dan sentyabrın 6-dək Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edib.

    Kazan Federal Universitetində təşkil olunan beynəlxalq tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən də alimlər qatılıblar.
    Konqresdə Rahim Həsənov “1917-ci il Rusiyada Fevral inqilabından sonra Azərbaycanda siyasi aktivliyin artması” adlı məruzəsi ilə çıxış edib. O, məruzəsində XX əsrin əvvəllərində Azərbaycanın siyasi xadimlərinin Azərbaycan Cümhuriyyətinin yaranması uğrunda mübarizəsinə toxunub.

AMEA Şəki Regional Elmi 
Mərkəzinin İctimaiyyətlə 
əlaqələr şöbəsi