Xəbər lenti‎ > ‎

“Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirildi

Отправлено 11 апр. 2015 г., 3:09 пользователем Murad Nabibekov   [ обновлено 11 апр. 2015 г., 3:09 ]
        Dünən - aprelin 10-da Park Inn otelində AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirilib.


        Tədbirdə Milli Məclisin deputatları, nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəsisslər, Türkiyə, Almaniya, Gürcüstan və Moldavadan olan elm xadimləri, həmçinin KİV nümayəndələri də iştirak edirdilər.
        Konfransı giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, tədbirin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torplaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanın XIX əsrdə İran və Türkiyədən Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə əzəli Azərbaycan torpaqlarında yaradılan və terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanla qonşu olmaq məcburiyyətində qaldığına toxunaraq bu “qonşuluğun” mütəmadi olaraq soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunduğunu söyləyib. O, Xocalı soyqırımının insanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu və bu cinayət hadisəsi haqqında obyektiv məlumatların bütün ictimaiyyətinə yetərincə çatdırılmasının vacibliyini vurğuladı.
        Bildirildi ki, Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə əsasən cinayət sayılır.
        Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Fuad Axundov ötən yüzillikdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri müxtəlif soyqırımı hadisələrinin təhlil edilməsi, o cümlədən Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı.
        Tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və beynəlxalq təşkilatlar, soyqırımın pislənməsində qeyri-hökumət təşkilatlarının rolu ilə əlaqədar problemlərin bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparıldı, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini səsləndirdilər.
Mənbə: science.gov.az