Xəbər lenti‎ > ‎

Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur

Отправлено 11 апр. 2014 г., 10:14 пользователем Murad Nabibekov   [ обновлено 11 апр. 2014 г., 10:15 ]
    Hüseyn Cavid yaradıcılığı ABŞ-ın Amherst Massaçusets Universitetində tədqiq olunur. Universitetinin professoruAudrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki məşğul olur. Onun beynəlxalq “Journal of Language and Literature”-nin (Dil və Ədəbiyyat jurnalı) 2014-cü ilin fevralında çapdan çıxmış 5-ci cildinin 1-ci sayında “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” adlı məqaləsi də çap olunub.
    Qeyd edək ki, Audrey L.Altstadt H.Cavidin 130 illik yubileyi münasibətilə 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən keçirilən “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə ilə çıxış edib.

Mənbə: www.science.gov.az