Xəbər lenti‎ > ‎

Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilib

Отправлено 11 мар. 2014 г., 12:12 пользователем Murad Nabibekov   [ обновлено 12 мар. 2014 г., 23:36 ]
    Dünən - 10 mart 2014-cü il tarixdə “Park Inn” otelində Azərbaycan Vikipediyaçılarının “Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər” mövzusunda I Milli Forumu keçirilib.

    Vikipediya idarəçiləri, sosial media mütəxəssisləri, alim və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan vikipediyasının mövcud vəziyyəti, problemləri və onların həlli yollarını müzakirə etməkdir.
    Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Vikipediya hazırda məlumat mənbəyi olmaqla yanaşı, həm də siyasi mübarizə müstəvisidir. Onun sözlərinə görə, Vikipediyada bir gün ərzində Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da 1 ilə min məqalə deməkdir: “Vikipediyaya elm və təhsil müəssisələri qoşulmalı, universitetlərdə onlayn ensiklopediyanın qrupları yaradılmalıdır. Mətbuatda Vikipediya ilə bağlı məlumatlara yer ayrılmalıdır”.
    Azərbaycanda Vikipediya hərəkatının bir qədər gec başladığını söyləyən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, ölkəmiz Vikipediyaya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi: “Lakin bu proses getdikcə zəiflədi. Bu gün tələbələr arasında onlayn ensiklopediyadan istifadənin genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var”.
    Hazırda Azərbaycandan Vikipediyada 70 min insanın qeydiyyatdan keçdiyini qeyd edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiriİradə Ələkbərova məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb: “Bunun üçün vikicəmiyyəti fəallaşdırmaq, alimlər və tələbələrin birlikdə fəaliyyətini təmin etmək üçün şərait yaradılmalıdır. O, həmçinin bu mövzuda seminar, simpozium və konfransların keçirilməsinin vacibliyini önə çəkib.
    AMEA İTİ-nin sektor müdiri Rasim Mahmudov Azərbaycanda Vikipediya fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işdə fəal iştirak etməyə dəvət edib. Bildirib ki, Vikipediada məqalələrin sayını artırmalı, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz töhvələrimizi verməliyik.
    Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
    Forum öz işini “Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları” mövzusunda çıxışlarla davam etdirib.

Mənbə: www.science.gov.az