Xəbər lenti‎ > ‎

“Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” kitabı nəşr olunub

Отправлено 11 мар. 2014 г., 1:36 пользователем Murad Nabibekov   [ обновлено 11 мар. 2014 г., 1:37 ]
    AMEA Fəsləfə və Hüquq İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” kitabı çapdan çıxıb.

    Kitabın elmi redaktoru professor Əlikram Tağıyev, rəyçiləri professor Quram Marxuliya (Gürcüstan), “Xəzər” Malmö Cəmiyyətinin sədri Leyla Seyidova Kiyani (İsveç), “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka ) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalın baş redaktoru Zaur Qəriboğludur.
    Nəşrdə diaspor nəzəriyyəsi və Azərbaycan diasporunun formalaşması, diaspor quruculuğu və Azərbaycançılıq ideologiyası, siyasi-hüquqi və informasiya istiqamətində Azərbaycan diasporunun fəaliyyəti, diasporlararası əməkdaşlıq strategiyası, Azərbaycan Respublikasının xarici siyasəti və diaspor, Azərbaycan xalqına qarşı törədilmiş soyqrımlar və diasporun fəaliyyəti kimi mövzular ətraflı tədqiq edilib.
    Kitab diaspor mövzusunu araşdıran tədqiqatçı, alim və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.

Mənbə: www.science.gov.az