Xəbər lenti‎ > ‎

M.Füzuli ad. Əlyazmalar İnstitutunda Ramiz Əsgərin 60 illik yubileyi qeyd edilib

Отправлено 10 янв. 2014 г., 23:01 пользователем Murad Nabibekov   [ обновлено 10 янв. 2014 г., 23:02 ]


Yanvarın 10-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tanınmış jurnalist və tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Ramiz Əsgərin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu Ramiz Əsgərin həyat və yaradıcılığı barədə məlumat vermiş, onun vətənpərvər bir jurnalist, cəfakeş bir tədqiqatçı-alim kimi səciyyəvi cəhətlərindən danışmışdır.



Məclisdə çıxış edənlərdən akademik İsa Həbibbəyli, Əlyazmalar İnstiutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov, professor Firidun Cəlilov, professor Çingiz Abdullayev, filologiya elmləri doktoru Tərlan Quliyev, fəlsəfə doktorları Ədalət Tahirzadə, Adil Cəmil, İslam Sadıq, Firuzə Ağayeva, İlham Abbasov, Əzizxan Tanrıverdi Ramiz Əsgərin elmi fəaliyyə-tindən, Mahmud Kaşqarlının «Divani-lüğat-it-türk» əsərinin, türk dünyasının görkəmli sənətkarlarının yaradıcılığının Azərbaycan oxucusuna çatdırılmasındakı xidmətlərindən danışmış, yubilyara uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.

Tədbirin sonunda çıxış edən Ramiz Əsgər bütün iştirakçılara səmimi minnətdarlığını bildirmişdir.