Xəbər lenti‎ > ‎

Şəkidə Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Отправлено 10 июн. 2015 г., 7:01 пользователем Murad Nabibekov   [ обновлено 11 июн. 2015 г., 4:29 ]
        İyunun 10-da Azərbaycan Müəllimlər İnstitutunun akt zalında Şəki şəhər İcra Hakimiyyəti, AMEA Şəki Regional Elmi Mərkəzi və Azərbaycan Müəllimlər İnstitutu Şəki Filialının birgə təşəbbüsü ilə Azərbaycanın xalq şairi, ədəbiyyatşünas və ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.


        Konfransı AMİ-nin Şəki filialının tədris işləri üzrə direktor müavini Gülarə Abdullayeva açaraq sözü AMİ-nin Şəki filialının direktoru riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulova verdi.
        
Rafiq Rasulov konfrans iştirakçılarını salamlayaraq B.Vahabzadə ilə bağlı ürək sözlərini söylədi və konfrans iştirakçılarına uğurlar arzuladı.
        Sonra söz AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlüyə verildi. Yusif Şükürlü konfransın işinə uğurlar arzulamaqla, belə tədbirlərin keçirilməsinin xalqımızın keçmişinə və gələcəyinə, dahi insanlarımıza, yaradıcılığa və elmə göstərilən diqqət və Bəxtiyar Vahabzadə əzəmətinə hörmət olduğunu qeyd etdi.
        
Daha sonra konfransın gündəliyinə uyğun olaraq AMİ- nin Şəki filialının baş müəllimi Vaqif Aslanın “Milli-bədii təfəkkürümüzün aparıcı siması – Bəxtiyar Vahabzadə”, AMİ-nin Şəki filialının kafedra müdiri, pedaqoji elmlər doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi Firədun İbrahimovun “Bəxtiyar Vahabzadə yaradıcılığının sirləri və qaynaqları”, AMİ-nin Şəki Filialının kafedra müdiri və AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, , dosent Ulduz Mürşüdovanın “Bəxtiyar Vahabzadə yaradıcılığı və folklor”, AMİ-nin Şəki filialının baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi Kamil Adışirinovun “Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu”, AMİ-nin Şəki filialının baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Həbibulla Manaflının “Qarabağ itkisinin Bəxtiyar Vahabzadənin siyasi lirikasında təcəssümü”, AMİ-nin Şəki filialının baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Pakizə Zakirovanın “Bəxtiyar Vahabzadə poeziyasında bədii təzad”, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Reyhan Məcidovanın “Bəxtiyar Vahabzadə yaradıcılığında məhəbbət lirikası” mövzusunda məruzələri maraqla dinlənildi.