Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində YAP-ın ərazi təşkilatı yaradıldı

Отправлено 10 апр. 2015 г., 1:07 пользователем Murad Nabibekov   [ обновлено 10 апр. 2015 г., 1:07 ]

Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının səlahiyyətli nümayəndələri – baş təlimatçı Kamil Məmmədovun və təlimatçı Aynurə Məmmədovanın iştirakı ilə partiyanın  Ərazi Təşkilatı yaradıldı.

Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü tədbiri açıb, Mərkəzdə YAP üzvlərinin sayının Ərazi Partiya Təşkilatının yaradılması üçün əsas verdiyini qeyd edərək sözü toplantıda iştirak edən YAP Şəki Təşkilatının baş təlimatçısı Kamil Məmmədova verdi.

Kamil Məmmədov partiyanın yaranması dövrünün çətinliklərindən, bütün maneələrə baxmayaraq ulu öndər Heydər Əliyevin partiyanı yaratmasından, ən müxtəlif çətinliklərə sinə gərməsindən söhbət açdı. O, Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının keçirdiyi tədbirləri qeyd edərək, əlamətdar günlər münasibətilə daim müxtəlif tədbirlərin keçirildiyini, partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal olduqlarını bildirdi. 

Baş təlimatçı onu da qeyd etdi ki, bu gün ŞREM-də yaradılan Ərazi Təşkilatı YAP Şəki Təşkilatının yaratdığı 106-cı təşkilatdır.

Sonra səsvermə yolu ilə ŞREM-in direktoru Yusif  Şükürlü sədr və Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov sədrin müavini olmaqla 7 nəfərdən ibarət İdarə Heyəti ilə ərazi təşkilatı yaradıldı. Eyni zamanda, səsvermə yolu ilə Folklorşünaslıq şöbəsinin elmi işçisi Reyhan Məcidova sədr olmaqla təşkilatın Qadınlar Şurası və Landşaftşünaslıq şöbəsinin elmi işçisi Ruslan Səmədov sədr olmaqla Gənclər Birliyi təşkil olundu.