Xəbər lenti‎ > ‎

ELAN: “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə AMEA-nın gənc alimləri üçün müsabiqə elan olunur

Отправлено 9 сент. 2014 г., 3:01 пользователем Murad Nabibekov   [ обновлено 9 сент. 2014 г., 3:02 ]
    AMEA prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20-ci ildönümü münasibətilə neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda fəal iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur.


    Müsabiqədə AMEA-nın elmi müəssisələri tərəfindən irəli sürülən, yaşı 35-dək olan AMEA-nın gənc alimləri iştirak edə bilərlər. İştirak etmək istəyən gənc alimlər yerinə yetirdikləri elmi tədqiqatlar, əldə etdikləri mühüm elmi nailiyyətlər və onların elmi-praktiki əhəmiyyəti haqqında dolğun məlumatı müəyyən edilmişformaya uyğun olaraq elektron variantı ilə birlikdə 2014-cü il sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat İdarəsinə təqdim etməlidirlər.
    Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyə dəstəyi ilə həyata keçirilir.

    Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 502
    Tel.: 492-59-45; e-mail: eti@science.az, eti.amea@box.az

Mənbə: www.science.gov.az