Xəbər lenti‎ > ‎

E L A N

Отправлено 9 янв. 2014 г., 10:13 пользователем Murad Nabibekov   [ обновлено 9 янв. 2014 г., 10:14 ]
Gənc tədqiqatçılar Yaponiyada araşdırmalar aparmağa dəvət olunur


Yaponiyanın “Matsumae” Beynəlxalq Fondu (MBF) hər il dünyanın müxtəlif ölkələrindən 20 tədqiqatçını fondun Elmi Cəmiyyət Proqramı çərçivəsində tədqiqat işləri aparmaq üçün ölkəsinə dəvət edir.

2015-ci ildə təşkil olunacaq proqramda əsasən təbiət elmləri, mühəndislik və tibb sahəsi üzrə gənc tədqiqatçı namizədlərə üstünlük veriləcək.

İştirak etmək istəyənlər tələb olunan sənəd və müraciət formalarını 30 may 2014-cü il tarixinədək AMEA RH Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinətəqdim edə bilərlər.

Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, proqram iştirakçılarının beynəlxalq və daxili nəqliyyat, mehmanxana və gündəlik yaşayış xərcləri MBF tərəfindən ödəniləcək.

Tel: (+994) 492 66 51, 050 549-74-04

E-mail: dir@science.az

Mənbə: www.science.gov.az