Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir

Отправлено 8 июн. 2015 г., 7:22 пользователем Murad Nabibekov   [ обновлено 8 июн. 2015 г., 7:23 ]
        
8 iyun 2015-ci il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir.

        Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü AMEA ŞREM-in Nizamnaməsinə düzəliş və əlavələr edilməsi haqqında məlumat vermişdir. Sözügedən məsələyə toplantı iştirakçılarının münasibəti öyrənildikdən sonra yeni Nizamnamənin təsdiq olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır.

        Sonra Yusif Şükürlü əqli mülkiyyətin qorunması barədə Elmi idarələr və digər qurumlar qarşısında duran vəzifələr və öhdəliklər barədə çıxış etmişdir.

        ŞREM-in əməkdaşı Adışirin Xəlilov Patent və müəlliflik şəhadətnamələrinin qiymətləndirilməsi mexanizmi barədə elmi şuraya məlumat vermişdir. Tarixi İrs və Etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov Türkiyə və Rusiya respublikalarında iştirak etdiyi elmi konfransların işi barədə iclasda məlumat vermişdir.

        Toplantıda həmçinin Folklor və el sənətləri şöbəsinin aparıcı elmi işçisi Əli Süleymanovun təqdim etdiyi yığım materialının çap edilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.