Xəbər lenti‎ > ‎

Ədəbiyyat İnstitutunun əməkdaşları Şəkidə olublar

Отправлено 8 июн. 2015 г., 4:48 пользователем Murad Nabibekov   [ обновлено 8 июн. 2015 г., 4:48 ]
Dünən - iyunun 7-də AMEA Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı Şəki Regional Elmi Mərkəzində (ŞREM) görüş keçiriblər.

    Görüşdə ŞREM-in direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, tanınmış şair Vaqif Aslan, yazıçı Rəsul İlməddinoğlu və mərkəzin əməkdaşları iştirak ediblər. 
Görüşdə əsasən çağdaş Azərbaycan ədəbiyyatı və son zamanlarda yeni işıq üzü görmüş kitablar haqqında müzakirələr aparılmışdır. 
    Görüşdən sonra Yusif Şükürlünün təşəbbüsü və müşaiyəti ilə qonaqlar Molla Cumanın qəbrini və ev muzeyini ziyarət etmişlər.